Dünya

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Bugun.tv xəbər verir ki, Qərb rəsmilərinin qiymətləndirməsinə görə, Rusiya Ukraynada hər ay yeni cəlb edə bildiyindən təxminən 6 min daha çox hərbçi itirir.

The Guardian-ın məlumatına görə, Moskva hazırda gündə təxminən 1000 nəfəri orduya cəlb edir. Lakin son iki ayda bu say döyüşlərdə ölən və yaralananların yerini tam doldurmağa kifayət etməyib. Qərb rəsmilərindən biri itkilərlə yeni qəbul edilən hərbçilər arasındakı fərqin ayda təxminən 6 min nəfər olduğunu bildirib.

Rəsmilərin sözlərinə görə, Rusiya ordusunun böyük itkiləri daha çox əsgər cəlb etməklə kompensasiya etmək imkanları məhdudlaşıb. Yeni səfərbərliyin isə Rusiya üçün həm siyasi, həm də iqtisadi risklər yaradacağı düşünülür. 2022-ci ildəki səfərbərlikdən sonra təxminən 1 milyon rusiyalının ölkəni tərk etdiyi və onların yarısından azının geri qayıtdığı bildirilir.

Qərb rəsmiləri hesab edir ki, Moskva bunun fonunda Ukraynanın mülki infrastrukturu və enerji sisteminə zərbələri artıraraq ölkə əhalisinin müqavimətini zəiflətməyə çalışır. İyulun əvvəlindən Ukraynaya 360-dan çox raket atıldığı bildirilir.

Böyük Britaniyanın baş naziri Endi Börnhəm isə Kiyevə səfəri zamanı Ukraynaya uzunmənzilli raketlərlə bağlı əvvəllər məxfi saxlanılan məlumatların veriləcəyini açıqlayıb. Qərb rəsmiləri Rusiyanın NATO ilə birbaşa qarşıdurmadan qaçmağa çalışdığını düşünür.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

ABŞ-Meksika ticarət danışıqlarında bu dəfə pendir adları mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu