19 C
Baku
29 İyun 2025, 3:37
Dünya

Rusiya Ukraynada hərbi sənaye obyektlərini və təxribat qruplarının təlim mərkəzlərini vurdu!

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi sənaye obyektlərini və diversiya qruplarının təlim mərkəzlərini uzaqmənzilli raketlərlə vurduqlarını bildirib.

Nazirlik Rusiya ordusunun Ukraynadakı hədəflərə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

“Rusiya Silahlı Qüvvələri bu gecə Ukrayna ordusunun təxribat qruplarının hərbi sənaye obyektlərinə, elektron kəşfiyyat mərkəzlərinə və təlim mərkəzlərinə havadan atılan uzaqmənzilli yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə qrup hücumu həyata keçirib”.

Açıqlamaya görə, hücumlar nəticəsində təyin olunmuş hədəflər məhv edilib.

Bugün TV

Oxşar xəbərlər

Pəhriz zamanı ən faydalı noxud salatı! Hazırlanması 15 dəqiqə

Aynur Camal

Ağıllı paltarlar geyilən zaman enerji yaratmağa başlayır

Aynur Camal

İki qatar toqquşması faciəyə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu