22 C
Baku
9 Sentyabr 2025, 1:47
Baş xəbərDünya

Rusiya: Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdik

Rusiya Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Ukraynanın Sumı və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatları ilə bağlı aktual məlumatlar verilib.

Bəyanatda rus qoşunlarının cəbhə xəttində irəlilədiyi qeyd edilib və aşağıdakı ifadələr yer alıb:

“Şimal və Qərb hərbi qruplarının bölmələri Sumı vilayətinin Novonikolayevka və Xarkov vilayətinin Dolqenkoye yaşayış məntəqələrini nəzarətə götürüb”.

Həmçinin son 24 saat ərzində Ukraynaya məxsus 236 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar. Daha kimlərə bu imtiyaz şamil edilə bilər?

Aynur Camal

Sərnişinlərə SEVİNDİRİCİ XƏBƏR: Bundan sonra… – VİDEO

Aynur Camal

Rusiya: Biz Donetskdə Razliv qəsəbəsini ələ keçirmişik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu