27 C
Baku
7 Sentyabr 2025, 13:13
DünyaHadisə

Rusiya: “Ukraynada pilotsuz dəniz nəqliyyat vasitələri istehsal edən obyektləri və anbarları vurduq”

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, onlar Ukraynada pilotsuz dəniz nəqliyyatı istehsal edən obyektləri və anbarları uzaq mənzilli yüksək dəqiqlikli raketlərlə vurublar.

“Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə terror hücumları həyata keçirmək üçün istifadə etdiyi pilotsuz dəniz vasitələrinin istehsal müəssisələri və anbarlarına intensiv hücumlar həyata keçirib. Müəyyən edilmiş bütün obyektlər vuruldu”.

Ukrayna ordusunun gün ərzində Kupyansk, Krasnoliman və Zaporojyada uğursuz hücum cəhdlərindən danışan Konaşenkov, 458 təyyarə, 246 helikopter, 5 min 736 pilotsuz uçuş aparatı, 430 hava hücumundan müdafiə raket sistemi, 11 min 291 tank və silah-sursatın, 1144 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 5877 haubitsa və minaatan, 12 225 şəxsi hərbi texnikasının məhv edildiyini açıqlaylıb.

Bugün TV

Oxşar xəbərlər

NATO: F-16-ların Ukraynaya nə vaxt veriləcəyi hələ dəqiq deyil

Aynur Camal

Nəm salfetlər bizi radiasiyadan necə qoruyur?

Aynur Camal

Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin binası boşaldıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu