Rusiya Ukraynanın Sumı vilayətində yaşayış binasını pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb.
Hücumlar ikisi uşaq olmaqla dörd nəfərlik ailənin ölümü ilə nəticələnib.
Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında “Xüsusi Hərbi Əməliyyat”la Ukraynaya qarşı müharibəyə başlamışdı. İllərdir qan-qada ilə keçən müharibə davam edir. İki ölkə ara-sıra sülh danışıqları aparsa da, heç bir konkret addım atılmayıb.
Bu arada Rusiyanın Ukraynaya aviazərbələri hər gün intensivləşir. Rusiya Ukraynanın Sumı bölgəsinə növbəti hücumu həyata keçirib. Pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumda 4 və 6 yaşlı iki qardaş və onların valideynləri həyatını itirib.
Vilayətin qubernatoru Oleh Hryhorov bildirib ki, “Gecə vaxtı düşmən hücum pilotsuz uçan aparatı ilə Çerneççina kəndindəki yaşayış binasını qəsdən vurub”.
Hryhorov bildirib ki, ailənin meyitləri dağıntılar altından çıxarılıb.
Mənbə: TgrtHaber