Baş xəbərDünya

Rusiya Ukraynada yaşayış binasını vurub: 1 ölü, 14 yaralı

Ukraynanın mərkəzi hissəsindəki Krivı Roq şəhərində Rusiya qüvvələrinin yaşayış binasına hücumu nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Rusiya ilə Ukrayna arasında müharibə 3 ilə yaxındır ki, davam edir.

Rusiya qüvvələri Ukraynanın mərkəzindəki Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yaşayış binasını hədəfə alıb.

Hücum zamanı 1 nəfər ölüb, 14 nəfər yaralanıb. “Canavarlar birbaşa 32 mənzilli 4 mərtəbəli yaşayış blokunu vurublar”, – Krivyi Roh meri Oleksandr Vilkul bildirib.

“Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak dağıntılar arasında axtarış işlərinin davam etdiyini bildirərkən, Ukrayna Ombudsmanı Dmitri Lubinets, “Dünyanın digər ölkələri Milad bayramını qeyd edərkən, ukraynalılar Rusiyanın sonsuz hücumlarından əziyyət çəkməyə davam edir” deyib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın bütün gecə boyu 60 pilotsuz uçuş aparatı (PUA) ilə hücuma keçdiyini bildirib.

Bəyanatda o, 8 bölgədə pilotsuz uçuş aparatlarının vurulduğunu bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Güləş üzrə millimiz üç medal qazandı

Aynur Camal

Zəlzələ nəticəsində ölənlərin açıqlandı

Bugün TV

Qayıqları qırılan gənclərin kədərli sonu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu