23 C
Baku
10 İyun 2025, 0:16
Dünya

Rusiya: Ukraynanın danışıqların yeni raundu ilə bağlı mövqeyi aydın deyil

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Ukraynanın danışıqların yeni raundu ilə bağlı mövqeyinin aydın olmadığını deyib və əlavə edib: “(Ukrayna) Qarşı tərəfdə isteriya var”.

Zaxarova “Rossiya-1” telekanalında iştirak etdiyi proqramda Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı açıqlamalar verib.

Ukraynanın danışıqların yeni raundunda iştirak edib-etməyəcəyi ilə bağlı hələ açıqlama vermədiyini qeyd edən Zaxarova, “Mövqelərində aydınlıq yoxdur. Nümayəndə heyətinin tarixi, formatı və məzmunu qarşı tərəfə çatdırılıb. Rusiya nümayəndə heyətinin başçısı planlarını davamlı olaraq izah edir. (Ukrayna) Qarşı tərəfdə isterika var” deyib.

Mətbuat katibi Zaxarova bildirib ki, Rusiyanı Ukrayna ilə danışıqlarda təmsil edəcək nümayəndə heyəti İstanbuldakı danışıqlarda olduğu kimi olacaq.

Rusiya-Ukrayna danışıqları

Rusiya ilə Ukrayna arasında danışıqlar mayın 16-da İstanbulda Türkiyənin ev sahibliyi ilə keçirilib.

Rusiya nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski başçılıq edib. Nümayəndə heyətində xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin və digərləri  iştirak ediblər.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini təklif etdiklərini açıqlamışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası nəticəsində 5 nəfər yaralandı

Nigar Məmmədova

G20-yə sədrlik Braziliyadan Cənubi Afrikaya keçdi

Aynur Camal

Meşə yanğınları ilə mübarizə davam edir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu