17 C
Baku
10 İyun 2025, 6:51
Baş xəbərHadisə

Rusiya: “Ukraynanın Krımda gəmiqayırma zavoduna hücumu nəticəsində iki gəmi zədələnib”

Bugun.tv xəbər verir ki, Rusiya Ukraynanın Sevastopol şəhərində gəmiqayırma zavoduna raket hücumu nəticəsində iki gəminin zədələndiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın gecə saatlarında Krımın Sevastopol şəhərindəki Orconikidze gəmiqayırma zavoduna 10 qanadlı raket və 3 qayıqla Qara dəniz donanmasının gəmilərinə qarşı hücuma cəhd etdiyi bildirilib.

Açıqlamada hava hücumundan müdafiə sistemləri 7 raketinin vurulduğu, “Vasili Bıkov” patrul gəmisi vasitəsi ilə katerlərin məhv edildiyi qeyd olunub.

Raket hücumu nəticəsində tərsanədə təmirdə olan iki gəminin zədələndiyi bildirilib.

Teymur Əziz

Oxşar xəbərlər

Dünyanın ən kiçik qələmi Kickstarter-də təqdim olunub

Aynur Camal

Ünvanlı sosial yardım kimlərə şamil olunur? – ARAŞDIRMA

Aynur Camal

Polisi öldürən şəxs həbs olundu

BuGün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu