Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın NATO-ya daxil olma ehtimalının Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu ifadə edərək, “Bu mövzuda mümkün qərar qəbuledilməzdir” deyib. Peskov paytaxt Moskvada mətbuat mənsublarına aktual mövzularla bağlı açıqlamalar verib.
Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Peskov bunun Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığına diqqət çəkib.
Peskov, “Bu, təhlükəsizliyin bölünməzliyi ilə bağlı tezislərimizlə tamamilə ziddiyyət təşkil edir. Bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi bahasına əldə edilə bilməz. Bu, bizim əsas götürdüyümüz beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır. Buna görə də bir bu məsələ ilə bağlı mümkün qərar qəbuledilməzdir, çünki bu, bizi təhdid edir, üstəlik, Ukraynada xüsusi hərbi əməliyyata məcbur edən əsas səbəbi aradan qaldırmır” deyə bildirib.
Almaniya kansleri Olaf Şolzun Kiyevə dəstəyini davam etdirəcəkləri ilə bağlı açıqlamasını dəyərləndirən Peskov, “Avropa ölkələrinin nümayəndələri dağıdıcı xətti davam etdirmək niyyətindədirlər. Bütün məqsədlərimizə çatmaq üçün Ukraynada xüsusi hərbi əməliyyatı davam etdiririk” deyib.
Buna baxmayaraq, Peskov Rusiya prezidenti Vladimir Putinin Almaniya ilə təmaslara açıq olduğunu bəyan edib.
ABŞ-ın Ukraynaya 725 milyon dollarlıq əlavə silah və texnika dəstəyi verəcəyi ilə bağlı açıqlamasına toxunan Peskov, ABŞ-ın hazırkı rəhbərliyinin müharibəni bitirmək istəmədiyini ifadə edərək, “Ukraynaya bu və digər yardım paketləri kursu dəyişə bilməz. Bunlar hadisələrə və ya cəbhədəki dinamikaya təsir edir.”
Mənbə: TrtHaber