Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisinə hücum cəhdinin qarşısını alıb.
Nazirlikdən verilən yazılı açıqlamada, saat 03.00 radələrində Ukraynanın 3 təyyarə tipli PUA ilə Rusiya ərazisindəki obyektlərə hücuma cəhd etdiyi bildirilib.
Ukraynanın hücum cəhdlərinin qarşısının alındığına diqqət çəkən açıqlamada, “2-si Rostov vilayəti ərazisində, biri isə Moskva vilayətinin Ramenskiy rayonunda olmaqla 3 Ukrayna İHA hava hücumundan müdafiə sistemləri ilə məhv edilib”, – deyib.
Moskva meri Sergey Sobyanin də sosial media hesabında Ukraynaya məxsus PUA-nın Moskva istiqamətində uçduğunu, PUA-nın vurulması nəticəsində can itkisinin və dağıntının olmadığını, təcili tibbi yardım qruplarının çalışdığını da paylaşıb.
