3 C
Baku
14 Dekabr 2025, 17:21
DünyaHadisə

Rusiya: “Ukraynanın pilotsuz təyyarələrlə Moskvaya hücum cəhdinin qarşısı alındı”

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxt Moskva vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum cəhdinin qarşısı alındığını bildirib.

İHA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Podolsk bölgəsində məhv edildiyi açıqlanıb. Bloklanan hücum nəticəsində insan itkisi baş verməyib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabından bununla bağlı paylaşım edib. “Bu gün saat 11:00 radələrində bir pilotsuz təyyarə Moskvaya girməyə cəhd etdi, hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildi. Ordunu təbrik edirəm”.

Ukraynanın 24, 28, 30 iyul və 1 avqust tarixlərində Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücum etdiyi, ölən və yaralananların olmadığı bildirilib.

Bugün TV

Oxşar xəbərlər

Atəşfəşanlıqla Lamborghini-ni hədəfə aldı!

Şükufə Ramizqızı

Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşdü

Kəmalə Sultan

İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu