6 C
Baku
9 Fevral 2026, 22:37
DünyaSiyasət

Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərdi

Yanvarın 15-də ABŞ ordusu Almaniyada Ukrayna qoşunlarının döyüş hazırlığına başlayıb.

Bugun.tv xəbər verir ki. bu barədə “Associated Press” ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Mark Milliyə istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, yeni genişləndirilmiş döyüş hazırlığına başlanılıb. Təxminən 500 əsgərdən ibarət batalyon növbəti 5-8 həftə ərzində döyüş meydanına qayıdacaq. Təlim keçəcək ukraynalı hərbçilər bir neçə gün əvvəl Ukraynanı tərk ediblər.

Hələlik Pentaqon təlimlərin başlama tarixini açıqlamayıb. Associated Press-in məlumatına görə, Amerika Birləşmiş Ştatları artıq 3000-dən çox Ukrayna əsgərinə zirehli texnika, haubitsa və HIMARS sistemləri də daxil olmaqla, müəyyən növ texnika və silahların istifadəsi və onlara texniki xidmət göstərilməsi üzrə təlim keçib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolz telefonla danışaraq, Ukraynaya ağır hərbi texnikanın tədarükü barədə razılığa gəliblər. Almaniya Patriot hava hücumundan müdafiə sistemləri və Marder piyada döyüş maşınlarını göndərməyə hazır olduğunu bildirib.

Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərbin Ukraynaya silah göndərməsi Moskva və Kiyev arasında danışıqlara kömək etmir, əksinə, mənfi təsir göstərir.

Bugün TV

Oxşar xəbərlər

ABŞ vitse‑prezidenti Vancenin Ermənistan və Azərbaycana səfəri gözlənilir

Aynur Camal

Rusiya Pokrovska hücum etdi

Aynur Camal

Asiya İnkişaf Bankı 350 milyon dollarlıq yenilənə bilən enerji layihələrini dəstəkləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu