24 C
Baku
29 İyun 2025, 1:16
Baş xəbərDünya

Rusiya və İngiltərə arasında casus böhranı

Britaniya Xarici İşlər Nazirliyi ötən il Britaniya diplomatının Rusiyadan qovulmasına cavab olaraq rusiyalı diplomatı deportasiya etmək qərarına gəlib.

Bildirilib ki, Rusiya səfiri Andrey Kelin adı açıqlanmayan rus diplomatın akkreditasiyasının ləğvi üçün yüksək rütbəli Britaniya rəsmisi ilə görüşmək üçün nazirliyə çağırılıb.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Rusiya səfiri Andrey Kelini rusiyalı diplomatın akkreditasiyasını ləğv etmək üçün yüksək rütbəli Britaniya rəsmisi ilə görüşməyə çağırdıq. Bu, Rusiyanın noyabr ayında Britaniya diplomatının Moskvadakı icazəsinin ləğvi ilə bağlı əsassız  qərarına cavabıdır”.

“Böyük Britaniya əməkdaşlarımızın səlahiyyətlərinin ləğvi ilə qorxudulmasına dözməyəcək. Buna görə də biz tədbir gördük. Rusiyanın atdığı hər hansı addım eskalasiya hesab olunacaq və ona müvafiq cavab veriləcək”, – sözçü bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi 2024-cü ilin noyabrında Böyük Britaniya səfirliyində işləyən və avqust ayında Rusiyadan deportasiya edilən kəşfiyyatçıların yerinə təyin edilmiş britaniyalı diplomat Wilkes Pryorun deportasiya edilməsinə qərar vermişdi.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İtkin düşən helikopterin qəzaya uğradığı məlum oldu! Ölənlər var!

Nigar Məmmədova

1 avroya ev satışı başladı! Cəmi 2 şərt var

Aynur Camal

Yeni dövrə Yeni zəfərlərlə – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu