Bugun.tv xəbər verir ki, Rusiya XİN Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdollahian BMT-nin mənzil-qərargahında danışıqlar aparır.
Görüşdən əvvəl iki nazir əl sıxıb və Abdullahyan Lavrovdan necə olduğunu soruşub.
Rusiyalı nazir “Hər şey nəzarət altındadır. Biz hələ kimin nəzarətində olduğunu öyrənməliyik” cavab olaraq zarafat edib.
Bundan əvvəl Lavrov BMT çərçivəsində İndoneziya Retno Marsudi və Livanın XİN Abdallah Bou Habib ilə də görüşüb.
Lavrov hazırda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı müzakirələrində və Ukrayna ilə bağlı iclasda iştirak etmək üçün Nyu-Yorkdadır. Bir sıra ikitərəfli görüşlər də gözlənilir.
Mənbə: tass
Müxbir: Qaytən Qasımzadə