14 C
Baku
22 Noyabr 2024, 4:19
Digər

Rusiya Varnadakı Baş Konsulluğunu bağlayıb

Bugun.tv xəbər verir ki, Ukrayna müharibəsinin ilk günlərində Bolqarıstanı “dost ölkə” elan edən Rusiya Varnadakı Baş Konsulluğunu bağlayıb. “TRT Haber”in məlumatına görə, Rusiyanın Varna Baş Konsulluğunun istifadə etdiyi binanın 1 noyabrda müddəti bitən icarə müqaviləsinin Bolqarıstan Xarici İşlər Nazirliyi ilə uzadılmadığı öyrənilib. Sentyabrın əvvəlində Varna Baş Konsulluğunun internet saytında dərc edilən elanda oktyabrın 2-dən etibarən xidmətin göstərilməyəcəyi bildirilib. İşarələri də sökülən Baş Konsulluğun bir müddət əvvəl boşaldıldığı məlum olub.

Rusiya Bolqarıstanda paytaxt Sofiya və Ruse şəhərlərində konsulluq xidmətləri göstərməyə davam edəcək. Bolqarıstan-Rusiya münasibətləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcında gərgin dövrə qədəm qoydu. Rusiya Bolqarıstanı “qeyri-dost ölkə” elan edərək, təbii qaz nəqlini dayandırıb.

2022-ci ilin iyununda Bolqarıstan Rusiyanın bu ölkədə yerləşən 114 diplomatından 70-ni “persona non-qrata” elan edərək ailələri ilə birlikdə deportasiya edib. “Persona non-qrata” elan edilənlər arasında Rusiyanın Varnadakı baş konsulu da var. Diplomatlarına casus kimi baxılan Rusiya bu hərəkətdən qaynaqlanan kadr çatışmazlığı səbəbindən konsulluq xidmətlərinin göstərilməsində problem yaşayacağını açıqlayıb. Bolqarıstan müharibə başlayandan bəri Ukraynanın tərəfində olsa da, bu ölkəyə silah yardımını davam etdirir. Prezident Rumen Radev və hakim NATO-nun və Avropa İttifaqı tərəfdarı olan baş nazir Nikolay Denkovun koalisiya hökumətindəki müxalifət həmişə silah yardımına qarşı çıxıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Putin Krımın Rusiyanın ayrılmaz hissəsi olduğunu bildirdi

Bugün TV

Şəhid Təbriz Bəkirovun 30 illik yubileyi kecirilib-VİDEO

Bugün TV

Zaxarova: “Polşa Ukrayna münaqişəsinə müdaxilə edir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu