15 C
Baku
12 Oktyabr 2025, 2:47
Siyasət

Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi İranı qoruya bilməyəcək..

Rusiya ilə İran arasında Strateji Tərəfdaşlıq Müqaviləsinin bu gün – 2 oktyabr 2025-ci il tarixindən etibarən qüvvəyə mindiyini elan edib və bu müqavilə çərçivəsində iki ölkənin ümumi çağırış və təhdidlərlə mübarizə aparacağını vurğulayıb. Həmçinin Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Bu müqavilə formalaşmaqda olan çoxqütblü dünya nizamı çərçivəsində beynəlxalq arenada əməkdaşlığın gücləndirilməsini, o cümlədən aparıcı çoxtərəfli forumlarda sıx koordinasiyanı, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səyləri, ümumi çağırış və təhdidlərə qarşı mübarizəni nəzərdə tutur.

Göründüyü kimi, Rusiya çox qütblü dünyadan bəhs edir. Və İranla birgə regionda təhlükəsizlik məsələləri ilə əməkdaşlıq edəcəyini vurğulayır. Ümumiyyətlə, Rusiya və İran üçün illərdi ki, müttəfiqlik əlaqələrinə malik olduqlarını qeyd edirlər. Halbuki, Rusiya fürsət düşdükcə İranı müdafiə etməyib. Suriyada tərəflər birgə əməkdaşlıq edəndə, Moskva İran güclərinin İsrail təyyarələri tərəfindən Suriyada hücumuna şərait yaradırdı. Son 12 günlük müharibədə Rusiya öz “müttəfiqinə” yardım etmədi. İrana ətrafında yenidən təhlükəsizlik çağırışları formalaşır. Tehran öz nüvə ambisiyalarından geri çəkilməyəcəyini bəyan edir. Belə olan təqdirdə İrana qarşı növbəti hərbi əməliyyatlar mümkündür.

Əgər, İrana qarşı hərbi əməliyyatlar baş versə, Rusiya imzalanmış ikitərəfli strateji Tərəfdaşlıq sazişinə baxmayaraq İrana hərbi yardım etməyəcək. Həlledici məqamlarda Rusiya və İran arasında imzalanmış sənədlər kağız üzərində qalır. Onsuzda Rusiya ilə imzalanmış sənədlər “su üzərinə yazılmış yazı kimidir”. Ona görə də İran Rusiya arxayın olub, yenidən ABŞ meydan oxuyur. Hazırda Rusiya özü Çinin ona hami durmasını istəyir. Rusiya Xarici İşlər nazirliyi bu sənədi elan etməklə, yeni bir koalisiya qurduğunu göstərməyə çalışır.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə 

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğandan Yunanıstana sərt sözlər

Bugün TV

Bayden Trampa qarşı irəli sürülən ittihamlarla maraqlanmır

Nigar Məmmədova

ABŞ və Qərbin ənənəvi qərəzi – Deputatdan AÇIQLAMA

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu