36 C
Baku
20 İyul 2025, 16:19
Siyasət

Rusiya və İran xarici işlər nazirləri BMT-nin mənzil-qərargahında danışıqlar aparır

Bugun.tv xəbər verir ki, Rusiya XİN Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdollahian BMT-nin mənzil-qərargahında danışıqlar aparır.

Görüşdən əvvəl iki nazir əl sıxıb və Abdullahyan Lavrovdan necə olduğunu soruşub.

Rusiyalı nazir “Hər şey nəzarət altındadır. Biz hələ kimin nəzarətində olduğunu öyrənməliyik” cavab olaraq zarafat edib.

Bundan əvvəl Lavrov BMT çərçivəsində İndoneziya Retno Marsudi və Livanın XİN Abdallah Bou Habib ilə də görüşüb.

Lavrov hazırda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı müzakirələrində və Ukrayna ilə bağlı iclasda iştirak etmək üçün Nyu-Yorkdadır. Bir sıra ikitərəfli görüşlər də gözlənilir.

Mənbə: tass

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Hərbi ekspertlər cəbhədə baş verənlərə aydınlıq gəirdi

Aynur Camal

“ECO-nun 17-ci Zirvə görüşü beynəlxalq müstəvidə yüksək etimadın göstəricisidir”

Aynur Camal

Böyük Britaniyanın Baş naziri B.Conson: Azərbaycanın alternativ kimi mühüm rolu var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu