Dünya

Rusiya və Ukrayna qüvvələri Pokrovskda şiddətli döyüşləri davam edir

Bu gün  Ukraynanın Pokrovsk (Donetsk vilayəti) şəhərində, Russia Müdafiə Nazirliyi ərazidə ev-ev döyüşlərinin başladığını və rus qoşunlarının “əvvəllər tutulmuş” Ukrayna mövqelərini sıradan çıxarmağa yönəldiyini bəyan edib.

Ukrayna tərəfi isə şəhərin hələ mühasirəyə alınmadığını və müqavimət göstərdiyini bildirir. Belə ki, Rusiyanın cənub bölgəsindəki əsas neft emal edən zavoduna uzunmənzilli dronlarla hücumlarla qarşılıq verib.

Qeyd olunub ki, bu zavod illik olaraq təxminən 15 milyon ton neft emalı həyata keçirir, bu da ölkənin ümumi emal gücünün təxminən 5.6%-i deməkdir.

Rusiya rəsmiləri isə hadisəni yalnız “sənaye obyektində yanğın” kimi təsdiqləyib və detalları verməyib. Ukrayna tərəfi isə bu hücumları müharibə səylərini dəstəkləyən enerji infrastrukturuna zərbə vasitəsi kimi təqdim edir.

Mənbə: Reuters.Com

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu