Ukrayna müharibəsi başlayandan bəri ən intensiv hava hücumu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın paytaxtı Moskva və ətraf yaşayış məntəqələrinə həyata keçirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyev hücumlar nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb. Bildirilib ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri ən intensiv hava zərbələri Moskvada olub.
Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi açıqlamada gecə boyu paytaxta güclü İHA hücumlarının olduğunu bildirib.
Moskva və ətraf ərazilərdə ümumilikdə 69 İHA-nın vurulduğunu bildirən Sobyanin, düşən PUA-ların bəzi binalara ziyan vurduğunu bildirib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyev açıqlamasında hücumlar nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı barədə məlumat paylaşıb.
Rusiya mətbuatında yayılan görüntülərdə Moskvada PUA-nın hücumuna məruz qalan yaşayış binasında və fərdi evdə baş verən yanğın göstərilir.Digər tərəfdən, Moskvanın bütün hava limanlarında uçuşların dayandırıldığı qeyd edilir.
RUSİYA: 337 PUA vurduq
Nazirlikdən verilən açıqlamada Ukrayna ordusunun gecə boyu PUA-larla Rusiya ərazisinə hücum etdiyi bildirilib. Açıqlamada 337 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 91-nin Moskva, 126-nın Kursk, 38-in Byransk, 25-nin Belqorod, 22-nin Ryazan və 10-nun Kaluqa bölgələri üzərində vurulduğu bildirilib. Moskva meri Sergey Sobyanin gecə saatlarında başlayan İHA hücumlarının hələ də davam etdiyini bildirib.
Mənbə: HurriYet