12 C
Baku
24 Oktyabr 2024, 11:20
Baş xəbərDünya

Rusiya Xarici İşlər Nazirliyinə kiberhücum: “Görünməmiş miqyasda”

Rusiya Xarici İşlər Nazirliyi bir neçə saat davam edən kiberhücum barədə məlumat verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova kiberhücumla bağlı “görünməmiş miqyasda” açıqlama verib. Dünyanın səbirsizliklə nəticəsini gözlədiyi BRİKS Sammiti davam edərkən Moskva vaxtı ilə saat 10:00-14:00 arasında Rusiya Xarici İşlər Nazirliyinin internet saytına kiberhücum baş verib.

Ria Novosti-də yer alan xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, “Biz müntəzəm olaraq saytımıza hücumlarla qarşılaşırıq. Bununla belə, bugünkü kiberhücum görünməmiş miqyasdadır”, – deyə o bildirib.

Zaxarova bildirib ki, nazirliyin texniki xidmət qrupları sayta girişi bərpa etmək üçün çalışır.

“Biz sayta girişi təmin etmək üçün yeni məlumat əlavə etməmək qərarına gəldik” deyən Zaxarova, “Biz düşünürük ki, bu cür düşmən təsirlər bu günlərdə Kazanda uğurla keçirilən BRİKS sammiti tədbirləri ilə bağlı ola bilər”.

M.Zaxarova onu da qeyd edib ki, nazirliyin saytına daxil olmaqda, xüsusən də mobil telefonla daxil olmaqda problemlər yarana bilər.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Qızıl və ya gümüşə investisiya edəcəklərin nəzərinə! Dünya şöhrətli milyonçu ‘Çökülməyə hazırlaşırlar’ deyərək xəbərdarlıq etdi

Aynur Camal

Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu müvəqqəti dayandırılır

Aynur Camal

Qəzzada gün ərzində davam edən hücumlarında 26 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu