25 C
Baku
19 İyul 2025, 23:44
Dünya

Rusiya Xarkov vilayətinə yeni hücum dalğasına başladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində yeni hücum dalğasına başladığını açıqlayıb.

Zelenski Kiyevdə rəsmi təmasda olan Slovakiya prezidenti Zuzana Çaputova ilə birgə mətbuat konfransı keçirib.

Rusiya ordusunun Xarkov vilayətinə yeni hücumu ilə bağlı Zelenski, “Hesab edirəm ki, (hücumla bağlı) bütün bəyanatlar tamamilə doğru və ədalətlidir. Rusiya bu istiqamətdə (Xarkov vilayəti) yeni əks-hücum dalğasına başlayıb” deyə bəyanat verib.

Ukrayna ordusunun Rusiya əsgərlərinə intensiv artilleriya atəşi ilə cavab verdiyini bildirən Zelenski, “Hazırda bu istiqamətdə intensiv toqquşmalar davam edir” dedi. Zelenski Ukrayna komandirlərinin bu bölgədə mümkün hücuma hazır olduqlarını bildirib.

Ukrayna Müdafiə Nazirliyi Xarkov vilayətindəki son vəziyyətlə bağlı açıqlamasında Rusiya ordusunun Xarkova hücumlarının dəf edildiyini və bölgənin müdafiəsini gücləndirmək üçün ehtiyat qoşunların göndərildiyini bildirib.

Mənbə: İLKHA

Teymur Əziz

Oxşar xəbərlər

Oval Ofis böhranı böyüyür! ABŞ Ukraynaya bütün silah yardımını dayandırır

Aynur Camal

“Uçuruma aparan yol!” filmində Azərbaycan polisinin qəhrəmanlığı öz əksini tapacaq”

Aynur Camal

Hava limanı sərnişin rekordu qırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu