6 C
Baku
24 Fevral 2026, 9:25
DünyaHadisə

Rusiyada 8,8 bal gücündə zəlzələ! Sunami xəbərdarlığı verildi

Rusiyada çox güclü zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Rusiyanın şərqindəki Kamçatka yarımadasında baş verən zəlzələnin 8,8 bal gücündə olduğunu bildirib. Türkiyə vaxtı ilə saat 02:25-də baş verən yeraltı təkan 19 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra Sakit okeanda sunami xəbərdarlığı edilib. Nəhəng dalğaların üç saat ərzində Rusiya, Yaponiya, Sakit okean adaları, Havay və Alyaska sahillərinə çata biləcəyi barədə xəbərdarlıq edilib.

SAHİL XƏTTİNDƏN UZAQ DUUN

Rusiya vilayət qubernatoru ilkin məlumatlara görə, xəsarət alanların olmadığını açıqlayıb. Uşaq bağçasına ziyan dəydiyi bildirilir.

Rusiyanın vilayət qubernatoru Kamçatka sahillərində baş verən zəlzələnin “son illərin ən güclüsü” olduğunu bildirərək sunami təhlükəsi elan edib və insanları sahil zolağından uzaq durmağa çağırıb.

İLK TSUNAMI DALĞALARI SAHİLƏ ÇATDI

Güclü zəlzələdən sonra sular qalxmağa başlayıb. İlk sunami dalğaları zəlzələnin episentri olan Kamçatka adasına çatıb. Dalğaların hündürlüyünün 3-4 metr olduğu bildirilir.

YAPONİYA Fövqəladə vəziyyət elan etdi

Yaponiya hökuməti sunami təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Hökumət sahilyanı ərazilərin təxliyəsi barədə göstəriş verib. Fukusima Atom Elektrik Stansiyasının boşaldılması zamanı sunami dalğaları Yaponiya sahillərinə çatmağa başlayıb.

ABŞ prezidenti Donald Tramp Truth Social sosial media platformasında zəlzələ ilə bağlı paylaşım edib. O, çox böyük zəlzələdən sonra Sakit okeanda sunaminin gözlənildiyini bildirərək, “Havay və Alyaskada insanlar diqqətli olmalıdırlar. ABŞ-ın Sakit okean sahillərindəki hər bir şəhər diqqətli olmalıdır. Səlahiyyətlilərin göstərişlərinə əməl edin. Möhkəm durun, təhlükəsiz dayanın” deyib.

Zəlzələdən sonra ən böyük 7 bal gücündə olan çoxsaylı afterşoklar baş verib. Mütəxəssislər regionda təkrar təkanların həftələrlə davam edə biləcəyini proqnozlaşdırırlar.

DÜNYADA 2011-ci ildən bəri ən böyük zəlzələ

Bu zəlzələ 2011-ci ildə Yaponiyada baş verən 9,1 bal gücündə Tohoku zəlzələsindən sonra dünyada baş verən ən böyük zəlzələ sayılır.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Ramazan qadağalarla başladı

Aynur Camal

Kim Jong Un yenidən Partiyasının lideri seçildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu