Digər

Rusiyada alimlər yuxu rejiminin pozulmasının maddələr mübadiləsinə təsirini müəyyən edib

early night trendi,

ABŞ-ın Northwestern University alimləri gündəlik rejimin pozulmasının orqanizmdə ciddi metabolik dəyişikliklərə səbəb olduğunu müəyyən ediblər.

Araşdırmada bildirilib ki, bioloji saatın pozulması hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondriyaların fəaliyyətini zəiflədir. Xüsusilə qeyri-düzgün işıq rejimi və yüksək yağlı qidalanma bu prosesi daha da sürətləndirir.

Tədqiqat çərçivəsində alimlər siçanlar üzərində eksperiment apararaq, onların işıq dövranını dəyişdiriblər. Nəticədə heyvanların çəkisi dəyişməsə də, hüceyrələrdə kimyəvi balansın pozulduğu müşahidə olunub.

Mütəxəssislər qeyd edir ki, bu dəyişikliklər uzunmüddətli perspektivdə piylənmə və digər metabolik xəstəliklərin yaranmasına şərait yarada bilər. Onların fikrincə, bioloji saatın bərpası gələcəkdə bu tip xəstəliklərin müalicəsində yeni yanaşmaların əsasını təşkil edə bilər.

Alimlər həmçinin vurğulayır ki, düzgün yuxu rejimi və sağlam həyat tərzi bu risklərin qarşısını almaqda mühüm rol oynayır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Hindistan tarixinin ən genişmiqyaslı əhali siyahıyaalmasına başlayır

Aynur Camal

İran atəşkəs əvəzinə Yaxın Şərq müharibəsinə tam son qoymaq istəyir – baş diplomat

Aynur Camal

İsraillə bağlı gərginlik fonunda Qəzzada humanitar vəziyyət ağırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu