33 C
Baku
20 İyul 2025, 19:26
DünyaHadisə

Rusiyada güclü yanğın nəticəsində 130-dan çox ev məhv oldu

Rusiyanın Sverdlovsk vilayətində 130-dan çox ev yanğın nəticəsində məhv olub. 1 nəfərin isə öldüyü deyilir.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin açıqlamasında bildirilir.

“Yanğınsöndürənlər Tayojnı və Sosva qəsəbələrində 1200-dən çox evi xilas edə biliblər. Bununla belə, alovlar 178 binanı, o cümlədən 134 evi məhv edib”, – məlumatda deyilir.

Regional hakimiyyət orqanları bildirir ki, bütün kommunal, enerji və qaz xidmətləri yanğınlara qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.

Fövqəladə Hallar Nazirliyinin sözçüsü daha əvvəl TASSa bildirib ki, Sosvada 9 min kvadratmetr, Tayojnıda isə 2700 kvadratmetr sahədə yanğınlar söndürülüb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Cənubi Koreya dənizə düşən Şimali Koreya raketini çıxarmağa çalışır

Teymur Əziz

İsrail Livanda əsasən xristianların yaşadığı kəndi vurdu: 18 nəfər ölüb

Aynur Camal

Dəhşətli qətl baş verdi: Mühacir bıçaqlanaraq öldürüldü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu