Bugun.tv xəbər verir ki, Rusiyada ilk iş gününə LGBT təbliğatı ilə bağlı yeni qanunun yaradılması ilə başlanılıb. Bu barədə Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn məlumat verib.
Deputat bildirib ki, iş onun “Popcorn Books” nəşriyyatı ilə bağlı sorğularından sonra başlayıb.
Millət vəkili Telegram-da yazıb: “İşin məhkəməyə veriləcəyini və dövlətə açıq etiraz edən “Popcorn Books”un Rusiyada LGBT ədəbiyyatının təbliğinə görə layiq olduğu cəzanı alacağını gözləyirəm”.
Xinşteyn diqqətə çatdırıb ki, homoseksuallığın təbliğatını qadağan edən qanunlar qüvvəyə mindikdən sonra nəşriyyat müvafiq mövzularda kitabların satışını dayandırmayıb. Dövlətə etiraz edərək kitabların üz qabığında Rusiya Federasiyası Konstitusiyasının 29-cu maddəsindən sitatlar yerləşdirməyə başlayıb. Bu maddə söz azadlığına və senzuraya qadağaya zəmanət verir.
Dekabrın 5-də Rusiya prezidenti Vladimir Putin ölkədə LGBT təbliğatını tamamilə qadağan edən qanunu imzalayıb. Bu hüquqi akt qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğinə, habelə cinsi azlıqlar haqqında məlumatların kütləvi informasiya vasitələrində, internetdə, ədəbiyyatda yayılmasına və s. aididir.
Mənbə:Vesti.ru