19 C
Baku
8 Sentyabr 2024, 3:27
Baş xəbərDünya

Rusiyada prezidentliyə namizədlərin sayı 29 nəfərə çatdı

Rusiya Federasiyası (RF) prezidentliyinə qarşıdakı seçkilərdə iştirak üçün irəli sürülən namizədlərin sayı artıq 29 nəfərə çatıb.

Bugun.tv TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə RF Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın rəhbəri Ella Pamfilova bildirib.

E.Pamfilovanın sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesinin başlanması ilə əlaqədar olaraq, MSK iclasları bugünkü kimi qrafikdən kənar keçirəcək. Növbəti iclaslar dekabrın 27-si və 29-na planlaşdırılıb.

Rusiyada qanuna uyğun olaraq, prezidentlik üçün namizədliyini irəli sürənlər seçici qruplarının iclasında dəstəklənməlidirlər. Belə iclasların keçirilməsi barədə MSK-ya qabaqcadan xəbərdarlıq edilməlidir. Öz namizədliyini irəli sürənlərin sənədlərinin son verilmə tarixi dekabrın 27-sidir. Siyasi partiyalar namizədlərini qurultaylarda irəli sürə bilərlər. Bununla yanaşı, parlament partiyalarından olan namizədlər imza toplanışından azaddırlar. Partiyalardan olan namizədlər irəli sürülmələri barədə sənədləri MSK-ya yanvarın 1-dən gec olmayaraq təqdim etməlidirlər.

Aynur Camal

Oxşar xəbərlər

15 mərtəbəli binada yanğın oldu

Aynur Camal

İsrail yenidən qurudan hücuma keçdi

Aynur Camal

“Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu