19 C
Baku
8 Sentyabr 2024, 3:26
Hadisə

Rusiyada saxlanılan Kamil Zeynallının məhkəməsinin vaxtı BİLİNDİ – YENİLƏNİB + VİDEO

Bugun.tv xəbər verir ki, Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.

Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək.

Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

11:24

“Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.

Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.

Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.

Mənbə oxu.az

Bugün TV

Oxşar xəbərlər

Mədəndə baş verən iş qəzasında fəhlə öldü

Bugün TV

Təpiklədiyi çantadan əl qumbaraları çıxdı

İntizar Əmirova

Anbar yanğını oldu: 4-ü uşaq olmaqla 8 nəfər tüstüdən zərər çəkdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu