6 C
Baku
24 Fevral 2026, 13:25
Baş xəbərDünya

Rusiyada saxta çaça içkisindən zəhərlənən 11 nəfər öldü

Rusiyanın Adler kurort şəhərində saxta çaça içkisi ilə kütləvi zəhərlənmə nəticəsində 11 nəfər ölüb, daha 4 nəfər reanimasiyadadır.

Bugun.tv xəbər verir ki, təhlükəsizlik qüvvələri təhlükəli içkinin haradan gətirildiyini araşdırır. Abxaziya ərazisindən zəhərli məhsulların idxalı ilə bağlı ilkin üç fakt qeydə alınıb. Hazırda Adlerin bütün bazarlarında yoxlamalar aparılır, saxta spirtin digər mümkün partiyalarının axtarışı həyata keçirilir.

Zəhərlənmə işi ilə bağlı istintaq çərçivəsində təhlükəli içki hazırlayan 30 yaşlı satıcı Olesya və onun 73 yaşlı nənəsi Eteri həbs edilib. Qadınlar uzun illər Soçidəki “Kazaçi” bazarında çaça, samoqon və evdə hazırlanmış şərab satırdılar. 2016-cı ildə onlar qeydiyyatsız spirtli içki satmaqda ittiham olunublar.

Saxlanılan şəxslər barəsində cinayət işi açılıb. Ölənlər arasında turistlər, o cümlədən Komsomolsk-na-Amurdan olan gənc ailə də var.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Britaniya müharibənin ildönümündə Ukraynaya dəstək paketini elan edib

Aynur Camal

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu