“Azərbaycanla Rusiya arasında siyasi böhran birbaşa Moskvadan qaynaqlanır. Kreml rəhbərliyi Azərbaycanın müstəqil və Türkiyə ilə kordinasiyalı siyasətini qəbul etmək istəmir” deyən siyasi ekspert Məhəmməd Əssədullazadə öz sosial media hesabında şərhində bildirib.
Politoloq Məhəmməd Əssədullazadə həmçinin qeyd edib ki, məhz ikinci Qarabağ müharibəsinin nəticəsi ilə Rusiyanın regionda təsirləri getdicə zəifləməyə başladı. Rusiya təzyiq və şantajla Azərbaycanı öz siyasi iradəsinə tabe etdirməyə çalışır.
Rusiya Ukraynada işğal müharibəsi aparır. Gürcüstanın ərazisini işğal edib. Şərqi Avropa ölkələri ilə düşmən münasibətdədir. Baltikyanı ölkələri ilə müharibə vəziyyətindədir. Strateji müttəfiqi Ermənistan ondan üz döndərib. V. Putinin dostu Belarus prezidenti A. Lukaşenko ABŞ-la münasibətləri normallaşdırmaq istiqamətində müxalifət liderini azad etdi. Qazaxıstana ərazi iddiaları və s. Göründüyü kimi, Rusiya sivil bir siyasətdən uzaq, işğal və beynəlxalq hüququ heçə sayan siyasət aparır.
Artıq Rusiya üçün Cənubi Qafqaz bağlanır. Ermənistan Baş naziri Nikol Paşinyan 2027-ci ildə Rusiya qoşunlarının ölkəsindən çıxarılması istiqamətində işlər həyata keçirir. Gürcüstan rəhbərliyi Rusiyanın siyasətindən narazıdır. Azərbaycanla normal münasibətlərə mülki təyyarəni vurmaqla son verdi. Rusiya prezidentinin hazırkı siyasətində müsbətə doğru korrektlər etməsi gözlənilmir. Baş verənlər Rusiyanı kifayət qədər zəiflədəcək. Çıxış yolu isə, V. Putinin hakimiyyətdən kənarlaşdırılmasındadır. Kreml daxilində klanlar arası gizli savaş yeni mərhələyə keçir”.
Məhəmməd Əssədullazadə
Milli Cəbhə Partiyası – MCP