Dünya

Rusiyada Telegram və Apple şirkətlərinə 38,5 milyon rubl cərimə kəsilib

Rusiyada məhkəmə qərarı ilə Telegram və Apple şirkətlərinə qadağan olunmuş bəzi məzmunlara çıxışı məhdudlaşdırmadıqları üçün ümumilikdə 38,5 milyon rubl (təxminən 474 min dollar) məbləğində cərimə tətbiq edilib.

Məlumata görə, hər iki şirkətlə bağlı işlər paytaxt Moskva şəhərində məhkəmədə araşdırılıb. Qərara əsasən, platformalarda qanunla qadağan edilmiş məzmunun silinmədiyi müəyyən edildiyi üçün Telegram 35 milyon rubl, Apple isə 3,5 milyon rubl məbləğində cərimə ödəməlidir.

Qeyd edək ki, Rusiyada bundan əvvəl də oxşar səbəblərlə bir sıra xarici platformalara cərimələr tətbiq olunub. Bunlar arasında Google, Instagram, TikTok və Facebook da var.

Bununla yanaşı, qanun pozuntularının davam edəcəyi təqdirdə Telegram tətbiqinin ölkə ərazisində tam bloklana biləcəyi də istisna edilmir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya İranın yeni ali rəhbərini dəstəklədiyini açıqladı

Aynur Camal

İran İsraili “ekoloji cinayət”də ittiham etdi

Aynur Camal

İran və Fransa liderləri regiondakı vəziyyəti müzakirə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu