11 C
Baku
25 Mart 2026, 15:39
Baş xəbərDünya

Rusiyada Ural çayında suyun səviyyəsi 11 metri keçib

Bugun.tv xəbər verir ki, Rusiyanın Orenburq şəhərindən keçən Ural çayında suyun səviyyəsi 11 metri keçib. Su basmış evlər havadan görüntülənib.

Rusiyanın Orenburq vilayətinin Orenburq şəhərindən keçən Ural çayının daşması nəticəsində baş verən sel fəlakətinin fəsadları davam edir.

Şəhərdə təxliyələr davam edərkən, son 24 saat ərzində 9-u uşaq olmaqla 88 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Orenburqda suyun səviyyəsinin bu gün pik həddə çatacağı, iki gün sonra isə enəcəyi gözlənilir. Açıqlamaya görə, ümumilikdə 67 yaşayış məntəqəsində 11 mindən çox evi su basıb.

2094-ü uşaq olmaqla, ümumilikdə 10739 nəfər təxliyə edilib.

Aynur Camal

Oxşar xəbərlər

İnternet kəsintiləri gündəlik həyatı iflic edir

Aynur Camal

Rusiya Ukraynaya genişmiqyaslı dron hücumu həyata keçirib

Aynur Camal

İran sosial mediada fəaliyyətə görə yüzlərlə şəxsi saxlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu