8 C
Baku
8 Fevral 2026, 18:22
Dünyaİqtisadiyyat

Rusiyadan Antalyaya turist axını 56% artıb

Rusiyadan Antalyaya turist axını 2023-cü ilin birinci rübündə 213 min nəfərə çatıb. Bu da pandemiyadan əvvəlki illərlə müqayisədə 56% artım deməkdir.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.

“2023-cü ilin yanvar-mart aylarında 213 100 rusiyalı turist Türkiyənin Antalya şəhərinə səyahət edib. Bu da əvvəlki illərlə müqayisədə  rekord hədd deməkdir. Yanvarda 71 800, fevralda 60 300, martda isə 81 000 rusiyalı gəlib. 2023-cü ilin birinci rübündə Rusiyadan Antalyaya turist axını pandemiyadan əvvəlki dövrlə müqayisədə 56% artıb. 2019-cu ilin yanvar-mart aylarında 137 min rusiyalı Antalyada istirahət edib”, – məlumatda qeyd edilib.

Hava xidmətində çətinliklərin yaşandığı 2022-ci ilin eyni dövrü ilə müqayisədə, Rusiyadan Antalyaya turist axını 2,5 dəfə artıb. 2023-cü ilin 1-ci rübündə Türkiyə vilayətinə turist axını baxımından Rusiya liderlik edib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu