23 C
Baku
9 İyun 2025, 23:04
Baş xəbərDünya

Rusiyadan Çinə təbii qaz daşıyan boru xətti işə düşüb

Rusiya təbii qazının Şərqi Sibirdən Çinin sıx məskunlaşdığı şimal və şərq bölgələrinə nəqli üçün tikilən boru kəmərinin işə düşdüyü açıqlanıb.

Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, şimal-şərqdəki Heylongciang əyalətinin Heykhi şəhərindən başlayaraq ölkənin şərq sahilindəki ən böyük şəhəri Şanxaya qədər uzanan boru kəmərindən qaz çəkilməyə başlanıb.

“Şərq marşrutu” adlanan 5111 kilometrlik boru kəməri dövlət səviyyəsində 9 rayonun təxminən 450 milyon əhalisini ildə 38 milyard kubmetr təbii qazla təmin edəcək.

Bildirilib ki, Jiangsu əyaləti ilə Şanxay şəhəri arasında kəmərin cənub hissəsinin tikintisi keçən ay başa çatıb.

2022-ci il fevralın 4-də Rusiyanın “Sibirin gücü” boru kəmərinə əlavə olaraq yeni boru kəmərinin tikintisi üçün 30 illik qaz təchizatı müqaviləsi imzalanıb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ və Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın enerji nəqli üçün diqqətini Çinə çevirdiyi müşahidə edilir. Müharibə səbəbiylə Avropa ilə Rusiya arasında təbii qaz axınının kəsildiyi bu dövrdə çoxlu əhalisi və inkişaf etmiş sənayesinin enerji ehtiyacı ilə Çin Rusiya təbii qazı üçün alternativ ünvan kimi önə çıxır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ChatGPT ilə bir çip insana implantasiya edildi: detallar VİDEO

Aynur Camal

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Bugün TV

Sərnişin avtobusu dərəyə aşdı: 3 nəfər öldü, 22 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu