9 C
Baku
21 Dekabr 2025, 0:36
Dünya

Rusiyadan “Donald Tramp” açıqlaması

Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentliyi dövründə Rusiyaya qarşı bir çox məhdudiyyətlərin tətbiq edildiyini ifadə edərək, “Tramp dövründə Rusiya üçün yaxşı bir şey edilmədi. Amma ən azından dialoq oldu” deyib.

Peskov ABŞ-da qarşıdan gələn prezident seçkilərini və Trampın paytaxt Moskvada jurnalistlərə Rusiya ilə bağlı müxtəlif açıqlamalarını dəyərləndirib.

Xüsusilə son illərdə ABŞ prezident seçkilərində Rusiya və Rusiya prezidenti Vladimir Putinin mühüm element halına gəldiyinə diqqət çəkən Peskov, “Seçki müzakirələrində Putin və Rusiya mövzusu hər zaman gündəmdədir” deyib.

Trampın prezidentliyi dövründə Rusiya ilə yaxşı münasibətlər qurduqlarına dair açıqlamalarına münasibət bildirən Peskov, “Tramp dövründə Rusiya üçün yaxşı bir şey edilmədi. Amma ən azından dialoq oldu. Bu, yəqin ki, müsbət element sayıla bilər” deyib.

Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı proseslə bağlı sülh təkliflərinə Qərb ölkələrindən cavab almadıqlarını ifadə edən Peskov, “Avropalılar Orbanın bu mövzuda bütün səlahiyyətlərini tamamilə inkar etmək və Ukraynaya hərbi sahədə kömək etmək əzmində olduqlarını təsdiqləyirlər. Bu, yəqin ki, onların cavabıdır” deyib.

Mənbə: Haber Global

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

QHT Sədri Agentlikdən danışdı: “Biz də qalib olduq” 

Aynur Camal

Ümumi amnistiya elan edildi! 

Aynur Camal

Almaniya hökuməti TikTok hesabı açıb

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu