18 C
Baku
25 Aprel 2025, 9:56
Dünya

Rusiyadan Kiyevə 8 raket: 1 ölü, 7 yaralı

Rusiya Ukraynanın paytaxtı Kiyevə 8 raketlə hücum edib. Hücum nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bəyan edib ki, Rusiya “İskəndər/KN-23” ballistik raketlərindən istifadə edib.

Rusiya 2022-ci ilin fevralından Ukraynaya hücumlarını davam etdirir. Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevi hədəfə alıb.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko açıqlamasında bildirib ki, bir çox binalarda yanğın baş verib və böyük ziyan vurub.

Popko Rusiyanın hücumda hipersonik Kinjal raketləri və İskəndər/KN-23 ballistik raketləri də daxil olmaqla 8 raketdən istifadə etdiyini bildirib.

Ukrayna Müdafiə Nazirliyi 1 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını açıqlayıb.

Açıqlamada, “Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Rusiya terroru dayandırılmalıdır” deyilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Baş verən atışmalarda 4 nəfər ölüb

Teymur Əziz

Kiyevdə partlayışlar baş verib

Aynur Camal

Molla rejimindən növbəti qalmaqallı addım…

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu