Rusiya NATO-ya yeni üzv olan Finlandiyaya qarşı sərt addım atıb.
Belə ki, öz təhlükəsizliyimizi təmin etmək üçün “İsgəndər” raket sistemini Belarusiyaya çatdırıb.
Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naziri Sergey Şoyqu açıqlama verib.
Kremlin sözçüsü Dmitri Peskov isə, Finlandiyanın NATO-ya üzvlüyünün mövcud gərginliyi artıracağını bildirib.
“Taktiki və strateji baxımdan öz təhlükəsizliyimizi təmin etmək üçün əks tədbirlər görəcəyik”,- o qeyd edib.
Mənbə: NTV haber
