7 C
Baku
6 Fevral 2025, 22:59
Baş xəbərDünya

Hərbi geyimli hücumçular 60 nəfəri öldürdü

Bugun.tv xəbər verir ki, Burkina-Fasoda (Qərbi Afrika) hərbi geyimli hücum edənlərin 60 nəfəri öldürdüyü bildirilib.

Cümə axşamı günü Burkina Fasonun şimalındakı Karma kəndində hərbçilər mülki şəxslərə hücum edib. Şahidlərin dediyinə görə, 100-dən çox adam mikroavtobus və motosikletlərlə kəndə basqın edib. Ouahigouya Ali Məhkəməsinin prokuroru Lamine Kabore hadisə ilə bağlı açıqlamasında təxminən 60 nəfərin öldüyünü, yaralıların isə xəstəxanaya aparıldığını bildirib.

Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməsə də, hadisə ilə bağlı istintaq başladıldığı öyrənilib.

Məlumatda xatırladılıb ki, Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları 2015-ci ildən bəri Burkina Fasoda hücumlar həyata keçirir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı

Aynur Camal

Daha bir jurnalist həlak oldu

İntizar Əmirova

Leysan və dolu yollarda problem yaratdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu