3 C
Baku
14 Dekabr 2025, 15:18
Dünya

Rusiyadan raket hücumu: 5 ölü, 50 yaralı

Rusiyanın Ukraynanın şərqində Xarkova raket hücumu nəticəsində 5 nəfər ölüb, 50 nəfər yaralanıb. Xarkov qubernatoru Oleq Sinegubov bildirib ki, bir raket şəhər meriyasına düşüb, digər raketlər isə binalara ziyan vurub. Rusiya Ukraynanın şərqindəki Xarkov vilayətinin İzium şəhərinə raket zərbəsi endirib.

Xarkov qubernatoru Oleq Sinegubov hücumda 5 mülki vətəndaşın həyatını itirdiyini, biri 6 yaşlı uşaq olmaqla ümumilikdə 50 nəfərin yaralandığını bildirib.

Xəsarət alan 24 nəfərin xəstəxanaya yerləşdirildiyini deyən Sinequbov yaralılardan 3 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Rusiyanın hücum etdiyi bölgədə hərbi obyektlərin olmadığını qeyd edən Sinegubov bir raketin bələdiyyə binasına düşdüyünü, digər raketlərin isə binalara ziyan vurduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında “Bu vəhşiliyə dözmək olmaz. Terrorizmi dayandırmaq və insanların həyatını qorumaq üçün Rusiyaya hərbi güc, sanksiyalar və diplomatiya ilə təzyiq göstərilməlidir” deyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssis izah etdi! Xolesterolu azaltmağın təbii yolları

Aynur Camal

İtaliyanın baş naziri Giorgia Meloni-nin 19 yaşlı versiyası

Aynur Camal

Sionist rejim gecə boyu Beyrutu bombalayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu