17 C
Baku
10 İyun 2025, 8:59
Dünya

Rusiyadan Ukraynaya hava zərbələrinin ikinci dalğası başladı

Rusiyanın Ukraynaya qarşı başlatdığı intensiv hava hücumu bu gün də davam edib. Bazar günü başlayan hücum Ukraynanın müxtəlif şəhərlərini və enerji infrastrukturunu hədəf alıb.

Rusiya dünəndən etibarən Ukraynanın enerji infrastrukturunu hədəfə alır.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın indiyədək 100-dən çox raket və 100-ə yaxın kamikadze PUA-sı atdığını açıqlayıb.

Zelenski bu hücumun ölkəsinə qarşı ən şiddətli hücumlardan biri olduğunu, əsasən kritik enerji infrastrukturlarının hədəf alındığını və ölkəsinin enerji sisteminə böyük ziyan vurulduğunu bildirib.

Zelenki bildirib ki, Rusiyanın hücumu Ukraynanın bir çox bölgəsinə, xüsusilə Kiyevə təsir edib.

Zelenski qərb ölkələrini Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna böyük hücumu zamanı 12 regionda elektrik yarımstansiyalarına, qaz kompressor stansiyalarına və təyyarə anbarlarına zərbələr endirib.

Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələri, Rusiya ordusunun bazar ertəsi günortadan sonra Ukraynanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumun ikinci dalğasına başladığını açıqlayıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada ölənlərin sayı artmaqdadır

Aynur Camal

Saatda 1,6 milyon kilometr sürətlə hərəkət edən sirli obyekt aşkar edildi

Aynur Camal

Rusiyadan Suriya prezidenti Əsədə açıq dəstək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu