Rusiya Ukraynanın Zaporojya şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində çoxlu sayda ölən və yaralananın olduğu bildirilsə də, Zelenski Rusiyanı çox sərt tənqid edib. Ukrayna prezidenti Vladimir Zelenski X sosial media platformasında açıqlama verib. O, açıqlamasında Rusiya ordusunun Ukraynanın Zaporojya şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.
Hücumda mülki şəxslərin yaşadığı ev və mənzillərin hədəf alındığını bildirən Zelenski, “Onkoloji xəstəxana binasına ziyan dəyib. Axtarış-xilasetmə qrupları dağıntılar altında olan insanları axtarır” deyib.
Bu cür hücumların Rusiya ilə danışıqların mümkünlüyünü “məhv etdiyini” iddia edən Zelenski öz açıqlamasında aşağıdakı açıqlamaları verib:
“Rusların bu hücumlarının hər biri təkcə insanları öldürmür və həyatları məhv etmir, həm də Rusiya ilə danışıqların olmaması və ya Kremlə edilən bəzi çağırışlarla bağlı istənilən sözü məhv edir. Onlar insanları öldürməkdən həzz alırlar”.
Zelenski müttəfiqlərini Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya uzaq mənzilli silahlarla hücum etmək imkanlarını artırmağa çağırıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin sosial media hesabından edilən yazılı açıqlamada, Rusiya ordusunun Zaporojya şəhərinə raket hücumundan sonra dağıntıların təmizlənməsi işlərinə başlanıldığı bildirilib.
Əldə olan məlumata görə, hücumda 4 nəfər ölüb, 2-si uşaq olmaqla 18 nəfər yaralanıb, dağıntılar altında insanların olduğu bildirilib.
Mənbə: TGRT