33 C
Baku
3 Sentyabr 2025, 17:54
Baş xəbərDünya

Rusiyadan Ukraynaya raket və PUA hücumu: 4 ölü

Rusiyanın Ukraynaya raket və İHA hücumları nəticəsində 4 nəfər həyatını itirib. Bütün beynəlxalq səylərə baxmayaraq, Ukrayna ilə Rusiya arasında münaqişələr davam edir. Rusiya gecə saatlarında raketlər və pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisini hədəfə alıb. Kryvyi Roh meri Oleksandr Vilkul verdiyi açıqlamada Rusiya raketinin şəhərin mərkəzindəki oteli vurması nəticəsində 3 nəfərin öldüyünü bildirib. Hücumda biri uşaq olmaqla 31 nəfərin yaralandığını bildirən Vilkul, 28 nəfərin xəstəxanaya yerləşdirildiyini, 14 yaralının vəziyyətinin ağır olduğunu qeyd edib. Vilkul dağıntılar altından 18 nəfərin xilas edildiyini, hücum nəticəsində başlayan yanğının söndürüldüyünü bildirib.

Bölgədə gecə saatlarında 6 PUA-nın vurulduğunu bildirən Kryvyi Roh meri Vilkul, Rusiyanın hücumları nəticəsində 14 yaşayış binası, 2 məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, poçt şöbəsi və 12 iş yerinin zərər gördüyünü bildirib.

Rusiya pilotsuz təyyarə ilə Sumı şəhərindəki anbarı hədəfə alıb. Polisin verdiyi açıqlamada anbarda mühafizəçi işləyən 32 yaşlı kişinin hücumda həyatını itirdiyi bildirilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Kreml: Ukraynanın danışıqlar mesajı Rusiyanın yanaşmasına uyğundur

Aynur Camal

Qayığın batması nəticəsində 51 qeyri-qanuni miqrant ölüb.

Bugün TV

Korfu adasında meşə yanğını baş verdi!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu