12 C
Baku
3 Dekabr 2025, 14:36
Digər

Rusiyadan Ukraynaya raket yağışı

Rusiya Ukraynanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) və ballistik raket hücumları həyata keçirib.

Ukrayna Prezidenti Vladimir Zelenski sosial mediada Rusiyanın hücumlarda 650 PUA və 50-dən çox müxtəlif tipli ballistik raketdən istifadə etdiyini bildirib. Zelenski deyib: “Bu hücum mürəkkəb və birləşmiş hücum idi. Bu elementlərin əksəriyyəti ələ keçirilsə də, təəssüf ki, bəzi ərazilərdə bəzi zərbələr endirilib”.

HÜCUM NƏTİCƏSİNDƏ 2 NƏFƏR ÖLDÜ, 13 NƏFƏR YARALANDI

Zelenski hücumda Zaporojye bölgəsindəki yaşayış məntəqələrinin vurulduğunu və tələbə yataqxanasının zədələndiyini bildirib. Ukrayna lideri hücumda iki nəfərin öldüyünü açıqlayıb.

Bundan əlavə, Zaporojye vilayətinin qubernatoru İvan Fedorov bildirib ki, yerli vaxtla səhər saat 8:20-yə olan məlumata görə, hücumda altı uşaq da daxil olmaqla 13 nəfər yaralanıb.

Zelenski ölkənin müxtəlif yerlərində, o cümlədən Zaporojyedə mülki yaşayış məntəqələrinin və enerji obyektlərinin hədəfə alındığını bildirib.

Bu ərazilərə paytaxt Kiyev, eləcə də Vinnitsa, Nikolayev, Çerkasy, Polatava, Dnepr, Çerniqov, Sumı, İvano-Frankovsk və Lvov daxil idi. Zelenski hədəf alınan bəzi ərazilərdə yanğınların baş verdiyini və təcili yardım qruplarının hadisə yerinə tez bir zamanda gəldiyini bildirib.

Ukrayna lideri işlərin davam etdiyini bildirib.

“ÖLKƏ ÜZRƏ ELEKTRİK ENERJİSİ KƏSİLİB”

Ukraynanın Energetika Naziri Svitlana Qrinçuk Rusiyanın hücumunun Ukraynanın enerji infrastrukturuna ziyan vurduğunu bildirib. Qrinçuk ölkə daxilində elektrik təchizatında problemlər yaşandığını bildirərək deyib: “Hücum nəticəsində Ukraynanın bir neçə bölgəsində təcili elektrik kəsintiləri tətbiq edilib. Təhlükəsizlik vəziyyəti bərpa edildikdən sonra elektrik enerjisinin paylanması bərpa olunacaq”.

Ukraynanın dövlət dəmir yolu şirkəti olan “Ukrzaliznitsa”nın verdiyi açıqlamada həmçinin Nikolayev bölgəsində elektrik kəsintilərinin qatar xidmətinə mane olduğu bildirilib. Hakimiyyət orqanları bəzi qatar xidmətlərində gecikmələr olduğunu və ehtiyat lokomotivlərdən istifadə qərarının verildiyini açıqlayıb.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstan hökumətindən Fələstini tanıması tələb olunub

Aynur Camal

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumatı

Bugün TV

Zelenski: Bu gün rusiyalılar tərəfindən Ukraynaya 110-a yaxın raket buraxıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu