14 C
Baku
22 Noyabr 2024, 8:11
Baş xəbərDünya

Rusiyadan vətəndaşlarına xəbərdarlıq: Tanışlıq proqramlarından istifadə etməyin

Ukrayna ordusu Rusiya ərazisi olan Kursk bölgəsində irəliləyişini davam etdirərkən, Rusiyadan ictimaiyyətə diqqətçəkən xəbərdarlıq gəlib. Rusiya Daxili İşlər Nazirliyi Bryansk, Kursk və Belqorod vilayətlərinin sakinlərinə tanışlıq proqramlarından və etibarsız kameralardan istifadə etməmək barədə xəbərdarlıq edib.

Rusiya prezidenti Vladimir Putinin 2 il əvvəl verdiyi hərbi əmrlə başlayan Ukraynaya işğal cəhdi Kiyev ordusunun hücumları ilə davam edir. Ukrayna müharibəni tamam başqa ölçüyə götürdü və Rusiya ərazisinə girdi və irəliləməkdə davam edir.

Ukrayna ordusunun irəliləməsinin qarşısını ala bilməyən Rusiyadan ictimaiyyətə diqqətçəkən xəbərdarlıq gəlib. Rusiya Daxili İşlər Nazirliyi Bryansk, Kursk və Belqorod vilayətlərinin sakinlərinə etibarsız kameralardan və tanışlıq proqramlarından istifadə etməməyi tövsiyə edib.

Nazirliyin xəbərdarlıqları arasında söhbət qruplarında alınan keçidlərə diqqətli olmaq lazımdı. Bu yolla Rusiya Ukraynanın kəşfiyyat məlumatlarının toplanmasının qarşısını almağı hədəfləyir.

Təhlükəsizlik güclərindən heç bir şəkildə sosial mediadan istifadə etməmələri istənilərkən, Ukrayna ordusunun qorunmayan CCTV kameralarını ələ keçirərək hər yeri görə bildiyi bildirilib.

Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksey Smirnov münaqişə başlayandan bəri 121 min insanın bölgəni tərk etdiyini, ən azı 12 mülki şəxsin öldüyünü, 121 nəfərin yaralandığını açıqlayıb. Bazar ertəsi Kursk səlahiyyətliləri təxliyə zonasını 14 min insanın yaşadığı Belovski bölgəsini də əhatə edəcək şəkildə genişləndirdiklərini açıqladı. Qonşu Belqorod vilayəti də sərhədyanı Krasnoyaruzski rayonunun boşaldılmasını elan edib.

Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb.Bölgədə Rusiya və Ukrayna əsgərlərinin hücumu nəticəsində 4 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı bildirilib.

Avqustun 7-də toqquşmalara görə Kurskda “regional” fövqəladə vəziyyət elan edilib.Bölgədən görüntülərdə Ukrayna əsgərlərinin çoxlu rus əsgərini əsir götürdüyü əks olunub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Müvəqqəti baş nazir Masra istefa verib

Aynur Camal

Xankəndi-Laçın yolundan 451 avtomobil maneəsiz keçid edib

Aynur Camal

Mikroavtobusla yük maşını toqquşdu: 19 yaralı var – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu