18 C
Baku
25 Aprel 2025, 23:37
Siyasət

Rusiyalı diplomat Ukraynadakı müharibəni tənqid etdikdən sonra istefa verib

Bugün.tv xəbər verir ki, Rusiyanın BMT-deki daimi nümayəndəliyinin müşaviri , diplomat Boris Bondarev istefa verib. O, xarici həmkarlarına Rusiya prezidenti Vladimir Putinin Ukraynada başlatdığı “təcavüz müharibəsini” tənqid edən məktub göndərib. Rusiyalı müşavir “Reuters” xəbər agentliyinə deyib: “Bazar ertəsi səhər oldu , istefa ərizəmi göndərdim və getdim”.

Cenevrədəki bir sıra diplomatik nümayəndəliklərə paylanmış bəyanatda o, Ukraynanın işğalını pisləyib və Rusiya Xarici İşlər Nazirliyini tənqid atəşinə tutub. “İyirmi illik diplomatik karyeram ərzində mən xarici siyasətimizdə müxtəlif dönüşlər görmüşəm, lakin bu il fevralın 24-də ilk dəfə ölkəmə görə utandım”, – deyə Bondarev BMT Watch qrupa yaydığı bəyanatda bildirib.

Bugün TV

Oxşar xəbərlər

Cənubi Qafqazdakı vəziyyət Ermənistan üçün də fürsətdir

Bugün TV

Azərbaycan Hərbi Hava Qüvvələri yeni təlim dövrünə başlayıb (VİDEO)

Bugün TV

Türkiyə müxalifəti namizəd seçimində niyə qərarsızdı?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu