35 C
Baku
20 İyul 2025, 11:19
Dünya

Rusiyalı diplomat:”Afrika dövlətlərinə taxıl tədarükü təmin edilməlidir”

Xarici xəbərlər. 

Rusiyalı diplomat deyir ki, taxıl müqaviləsi Afrika dövlətlərinə tədarükün təmin edilməsi üçün düzəldiləcək.

 “Təəssüf ki, bu gün rəqəmlər taxılın böyük hissəsinin xüsusilə həmin ölkələrə verildiyini təsdiq etmir. Biz hesab edirik ki, düzəlişlər edilməlidir”, – bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İstanbulda Rusiya və Türkiyə arasında siyasi məsləhətləşmələrin yekunlarına dair bazar ertəsi jurnalistlərə bildirib.

 “Yeri gəlmişkən, bu, qeyd etməyimiz üçün əsasdır ki, əsas taxıl tədarükləri indiyədək ən kasıb ölkələrə deyil,  əsasən inkişaf etmiş ölkələrə axıb <…> düşünürəm ki, ərzaq təhlükəsizliyi əsasən Asiya, Afrika və Latın Amerikasının ən yoxsul ölkələrində olmalıdır. Təəssüf ki, bu gün rəqəmlər taxılın böyük hissəsinin məhz həmin ölkələrə tədarük edildiyini təsdiq etmir. Biz hesab edirik ki, düzəlişlər edilməlidir”, – diplomat qeyd edib. Onun sözlərinə görə, saziş daha 120 gün müddətinə uzadılıb. “Biz hesab edirik ki, vahid paketin bir hissəsi olmaqla, Rusiya ilə BMT katibliyi arasında memorandum paketinin ikinci hissəsinin həyata keçirilməsində irəliləyişi təmin etmək tamamilə vacibdir”.

O, Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin fasiləsiz əldə olunmasıyla təmin etməyi də təklif edib. TASS.

Aynur Camal

Oxşar xəbərlər

İsrail Qəzzada bir evə hava hücumu nəticəsində 6 fələstinlini öldürdü

Aynur Camal

Şimali Koreyalı hakerlər çip istehsal edən şirkətlərimizi sındırdılar – Cənubi Koreya

İntizar Əmirova

Tər qoxusunun kabusunuz olmasına imkan verməyin: 24 saatlıq effektiv həllər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu