“Ukrayna Prezidenti Volodimir Zelenski ABC-yə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilin sonuna qədər Donbası tam ələ keçirmək niyyətindədir. Onun sözlərinə görə, Putin bunu ABŞ administrasiyasına və prezident Trampın nümayəndəsinə şəxsən bildirib” – mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.
O eyni zamanda bildirib ki, Rusiyanın əsas məqsədi Donbası tamamilə ələ keçirməkdir.
