Ukraynayönlü terror aktları törətməkdə ittiham edilərək saxlanılan 29 yaşlı Viktoriya Şinkaruk məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib.
Rusiyada hətta xarici mətbuatda gözəlliyi ilə “ən cazibədar terrorçu” adlandırılan 29 yaşlı Viktoriya Şinkaruk hakim qarşısına çıxıb.
Ukraynayönlü terror aktları törətdiyinə görə saxlanılan Şinkaruk dəmir yollarında və neft emalı zavodlarında terror aktları planlaşdırmaqda ittiham olunurdu.
Rusiya Hərbi Məhkəməsi Şinkarukun Ukrayna adından işlədiyini və Kiyev üçün “ölü damcı” əməliyyatında iştirak etdiyini iddia edib.
Şinkarukun əməliyyat zamanı supermarketin zibil qutusuna 780 lirə qoyduğu və bu pulun sərhədi keçən terrorçular tərəfindən istifadə olunmaq üçün hazırlandığı iddia edilib.
Şinrauk və Şinraukun şəriki olduğu iddia edilən Aleksandr Kholodkov terror təşkilatına qoşulmaqda, terror aktına hazırlaşmaqda, qanunsuz partlayıcı maddələr əldə etməkdə, partlayıcı maddələrin istehsalına hazırlıqda, strateji əhəmiyyətli mal və resursların qaçaqmalçılığında təqsirli bilinib.
Rusiya mərkəzli RBC-də yer alan xəbərə görə, məhkəmədəki prokurorlar pulun qaz kəməri və Vaqner özəl ordu bazasını partlatmaq üçün istifadə edildiyini iddia edərkən, pulun terror üçün istifadə olunacağından xəbərsiz olduğunu ifadə edən Şinrauk, yalnız həyat yoldaşının göstərişlərinə əməl etdiyini bildirib.
Həyat yoldaşı Yevgeni Kiselin Ukrayna hərbi kəşfiyyatına kömək etdiyi iddia edildikdən sonra şiddətə qarşı olduğunu bildirən Şinrauk müdafiə çıxışında bunları deyib: “Ölkəmə qarşı heç bir şey etməmişəm. Əgər həyat yoldaşımın terror fəaliyyətlərində iştirak etdiyini bilsəydim. Mən onunla əlaqə saxlamazdım” deyib.
Müdafiəsi məhkəmə tərəfindən qəbul edilməyən Şinrauk 21 il müddətinə azadlıqdan məhrum edilib.
Şinkarukun işində naməlum ikili agentin verdiyi ifadələrin mühüm rol oynadığı bildirilib.
Şinkarukun şəriki olduğu iddia edilən və 3900 lirəni terror fəaliyyətlərində istifadə etmək üçün geri götürən Aleksandr Kholodkovun 22 il həbs cəzasına məhkum edildiyi də öyrənilib.
Şinkarukun yaxın dostları bu ittihamlara inanmadıqlarını bildirərkən, başqa bir dostu Şinkarukun həyat yoldaşının göstərişi ilə səhv etdiyini bildirib.
Mənbə: EnSonHaber