6 C
Baku
15 Yanvar 2025, 13:18
Siyasət

Rusiyanın adı Ukrayna dilində Muskoviyə dəyişdirilə bilər

Ukrayna prezidenti Vladimir Zelenski baş nazir Denis Şmıqala Rusiyanın adının Ukrayna dilində Muskoviyə dəyişdirilməsi imkanını “diqqətlə öyrənməyi” tapşırıb.

Bugun.tv xəbər verir ki, təlimat Zelenskinin saytında 25 min imza toplayan petisiyaya cavab olaraq gəlib. Buna görə də baxılması üçün Ukrayna prezidentinə təqdim edilib.

Zelenski Şmıqaldan bu addımın tarixi və mədəni kontekstdə mümkün olub-olmadığını, bunun beynəlxalq hüquq baxımından hansı nəticələrə səbəb ola biləcəyini öyrənməyi xahiş edib.

Müraciətdə həmçinin “Rusiya Federasiyası” ifadəsinin “Moskva Federasiyası” və “Rus” demoniminin “Moskvalı” ilə əvəz edilməsi təklif edilir.

2021-ci ilin dekabrında Ukraynanın Lvov və Rovno vilayətlərinin regional hakimiyyətləri tərəfindən irəli sürülən oxşar təşəbbüslərdən sonra Rusiyanın adının Muskoviyə dəyişdirilməsi təklifi 2022-ci ilin yanvarında Kiyev Şəhər Şurası tərəfindən səsləndirilib.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

G7 5 milyard dollar toplamaq barədə razılığa gəlib

Bugün TV

Hava limanında bomba təhlükəsi: Hava limanları boşaldılıb

Bugün TV

Ukrayna Aİ-yə üzvlüyə hazırdırmı ?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu