Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Arktik bölgəsində Rusiya maraqlarının görməməzlikdən gəlinməsi cəhdlərinə mütləq cavab veriləcəyini açıqlayıb və bunun genişmiqyaslı nəticələr doğuracağını bildirib.
Zaxarova brifinqdə vurğulayıb ki, Arktika ərazisi Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Burada təhlükəsizlik, davamlı sosial‑iqtisadi inkişaf, təbii mühitin qorunması və yerli xalqların hüquqları təmin olunmalıdır.
O, xarici müdaxilələri tənqid edərək qeyd edib ki, hər hansı xarici hərbi birlik Rusiyanın silahlı qüvvələri üçün hədəf hesab olunacaq. Zaxarova həmçinin Grönlandla bağlı gərginliyi şərh edərək, danışıqların beynəlxalq hüquqa əsasən və yerli əhalinin maraqları nəzərə alınaraq aparılmalı olduğunu bildirib.
Rəsmi Moskva əmindir ki, Arktikadakı mövqelərini müdafiə etmək üçün milli suverenliyi qoruyacaq, müdafiə qabiliyyətini artıracaq və Şimal Dəniz Yolunun infrastrukturunu gücləndirəcək.
Mənbə: Trthaber.com
