26 C
Baku
11 Sentyabr 2025, 18:12
Dünya

Rusiyanın “görünməmiş” addımı

Xüsusi əməliyyat başlayandan sonra Rusiya sualtı qayıqlarının Böyük Britaniya sahillərində İrlandiya dənizində iki dəfə əməliyyat keçirdiyi iddia edilir.

Bloomberg-in yazdığı kimi, bu, Rusiya Federasiyası tərəfindən “görünməmiş” manevr hesab olunur.

Materialda deyildiyi kimi, birinci hadisə təxminən 18 ay əvvəl, ikinci hadisə isə kifayət qədər yaxınlarda qeydə alınıb. Sualtı qayıqların hərəkətinin miqyası Britaniya ordusunun əvvəllər müşahidə etdiyindən çox idi.

“Mənbələr iddia edir ki, Rusiyanın Britaniya və İrlandiya ətrafında sualtı qayıqlar yerləşdirməsi Böyük Britaniya və İrlandiyanın dəniz müdafiəsində potensial zəiflikləri müəyyən etmək cəhdi və ya Ukraynaya verdiyi dəstəyə cavab olaraq Böyük Britaniyanı qorxutmaq cəhdi ola bilər”, – materialın müəllifləri bildirirlər.

Bir ay əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin bir neçə döyüş gəmisi raket təlimi çərçivəsində Kubanın Havana limanına səfər edib. Qrup “Kazan” atom sualtı qayığı, “Admiral Qorşkov” freqatı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” xilasedici yedək gəmisindən ibarətdir.

Mənbə: gazeta.ru

Kəmalə Sultan

Oxşar xəbərlər

Zelenski danışıqlar aparmaq üçün Olaf Şolzun ofisində oldu

Nigar Məmmədova

İngiltərənin silah hərəkəti İsraili dəli etdi! Netanyahudan ilk reaksiya

Aynur Camal

“Qəzzada atəşkəs razılaşması olsa, İran İsrailə hücum etməyəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu